Zelenski beynəlxalq ictimaiyyəti ölkəsindən açılan Taxıl Dəhlizinin qorunması üçün daha çox iş görməyə çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski bildirib ki, dəhlizin “etibarlı və uzunmüddətli müdafiəyə” ehtiyacı var:
“Burada on milyonlarla insanın həyatı təhlükə altındadır. Rusiyaya açıq şəkildə xəbərdarlıq edilməlidir ki, bizim ərzaq ixracımızı pozacaq hər hansı bir addım dünyadan sərt cavab alacaq”.