“Ordumuz üzərinə düşən vəzifəni yerinə yetirəcək” - Şimali Koreya ABŞ-ı hədələdi

12:06 - 02 Noyabr 2022

“Ordumuz üzərinə düşən vəzifəni yerinə yetirəcək” - Şimali Koreya ABŞ-ı hədələdi

ABŞ və Cənubi Koreyanı hərbi təlimləri dayandırmağa çağıran Şimali Koreya xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin katibi Pak Conq Ço, Vaşinqton-Seul alyansı onlara qarşı silah istifadə edərsə, “onun ordusunun xüsusi maşınları dərhal öz strateji missiyasını yerinə yetirəcək”, - deyib.

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin katibi Pak Conq Çonun verdiyi açıqlamada, hazırda ABŞ və Cənubi Koreyanın birgə həyata keçirdiyi hava təliminin “İştirak edən şəxsi heyətin sayı və miqyası baxımından Koreya Xalq Demokratik Respublikasını hədəf alan təcavüzkar və təxribat xarakterli hərbi təlim” olduğu vurğulanıb.

Pak, ABŞ Müdafiə Nazirliyinin nüvə strategiyasının əsas məqsədi kimi “Şimali Koreya hökumətini məhv etmək” missiyasını qarşısına qoyduğunu bildirib.

"ABŞ və Cənubi Koreyanın ehtiyatsız hərbi hərəkətlərinin Koreya yarımadasında qeyri-sabitliyə səbəb olduğunu" ifadə edən Pak, "ABŞ-ın hərbi blefi heç vaxt digər bölgələrdə olduğu kimi Koreya yarımadasında da işləməyəcək" deyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az