“Biz yüksək standartlara malik ordu yaratmaq niyyətindəyik” - Paşinyan

12:21 - 02 Noyabr 2022

“Biz yüksək standartlara malik ordu yaratmaq niyyətindəyik” - Paşinyan

“Ermənistan ordusunda genişmiqyaslı islahatlar başlayıb və hərbi büdcənin kəskin artması da bunu sübut edir”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O bildirib ki, 2023-cü ildə Ermənistan ordusunun müdafiə xərcləri 1,2 milyard dollar təşkil edəcək.

N. Paşinyan vurğulayıb ki, ordudakı islahatlara dair bir sıra qanunvericilik dəyişiklikləri parlamentin gündəliyində daxil edilib.

“Prosesin bütün mahiyyəti peşəkar orduya keçid, müdafiə qabiliyyətinin artırılmasıdır. Biz yüksək standartlara malik ordu yaratmaq niyyətindəyik”, - deyə o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az