Vaşinqtonda yerləşən Suriya Ədalət və Hesabat Mərkəzi (SJAC) Əsəd rejiminin edam görüntüləri ilə bağlı yeni hesabat yayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hesabatda iddia edilib ki, rejim “edam edilənlərin cəsədlərini tanınmaz hala gətirmək üçün çuxurlarda yandırıb”.
SJAC Suriyada qeydə alınan 2012 və 2013-cü illərə aid videoları təhlil edərkən, hesabatda rejimin xalq üsyanlarının alovlandığı Suriyanın Dera əyalətində yandırılmış cəsədləri kütləvi məzarlıqlarda basdırdığı bildirilib.
Rejim silahlı qüvvələrinin həmin dövrə aid videolarda ən azı 15 cəsədi daşıdığı, əvvəlcə şəkillərini çəkdiyi, əllərinə və üzünə benzin tökərək yandırdığı, qazılmış çuxurlara atdığı qeyd edilib.