Zelenskini Almaniyada “Kiçik Napoleon” adlandırdılar

15:20 - 02 Noyabr 2022

Zelenskini Almaniyada “Kiçik Napoleon” adlandırdılar

“Güzəştə getmək əvəzinə qələbə əldə etmək istəyən Ukrayna lideri Volodimir Zelenski “2022-ci ilin kiçik Napoleonu”dur”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki,  bu fikri Reynhard Lauterbax adlı jurnalist “Junge Welt” üçün yazdığı məqalədə qeyd edib.

Almaniyadan olan müəllifin fikrincə, Ukrayna prezidenti qələbəni NATO-nun köməyi ilə qazanmaq niyyətindədir.

“Onun itirəcək heç nəyi yoxdur: danışıqlar yolu ilə əldə edilən sülh onun üçün siyasi və hətta fiziki ölüm demək olardı”, - deyə o vurğulayıb.

Jurnalist hesab edir ki, buna görə də Zelenski öz oyununu oynayır, bu oyundakı “stavka” isə  bütün dünyadır. Qərb də onu bu işə həvəsləndirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az