"NASA-nın Aya göndərdiyi aparat bizdən kopyalandı" - ÇİN

21:10 - 02 Noyabr 2022

\"NASA-nın Aya göndərdiyi aparat bizdən kopyalandı\" - ÇİN

Çin alimləri iddia ediblər ki, ABŞ Aerokosmik Agentliyi (NASA) tərəfindən yeni hazırlanmış Ay kəşfiyyat vasitəsinin təkər asma mexanizmi Çinin Mars kəşfiyyat vasitəsi "Curong"dan kopyalanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, South China Morning Post bu barədə məlumat yayıb. Hər iki layihəni yaxından izləyən çinli elm adamları, NASA-nın Ayda kəşfiyyat missiyası Artemis üçün nəzərdə tutulmuş "Uçucu Materiallar Qütb Kəşfiyyat Vasitəsinin" (VIPER) Curonqda istifadə edilən hərəkət texnologiyasını təqlid etdiyini şərh etdilər.

Adları çəkilməyən, lakin Curonqun dizaynında rol oynadığı anlaşılan elm adamları, mobil robot avtomobilə dəyən zaman arxa ayaqlarını tırtıl kimi qaldıraraq irəli sürətlənməni davam etdirməsinə imkan verən asma mexanizmini vurğulayıblar.

1997-ci ildə Qırmızı Planetdə apardığı kəşfiyyat zamanı NASA-nın ilk Mars aparatı "Sojourner"-in təkəri daşa ilişəndə, yerdən idarəetmə qrupu nəqliyyat vasitəsini yenidən hərəkətə gətirmək üçün günlərlə çalışıb.

Digər tərəfdən, NASA-nın "Ruh" roveri 2010-cu ildə Marsda qumda ilişib və aylarla davam edən nəticəsiz səylərdən sonra Yerlə əlaqəsi kəsilib.

Qəzetə danışan "layihələri yaxından izlədiyini" ifadə edən alim, "Bu, Çinin dizaynının surətidir. Əvvəlki kəşfiyyat missiyalarında istifadə edildiyini gördüyümüz bir sistem deyil" deyə fikrini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az