Ərdoğanla Zelenski arasında telefon danışığı oldu

21:59 - 02 Noyabr 2022

Ərdoğanla Zelenski arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Twitter“ hesabında məlumat paylaşıb.

O paylaşımında taxıl müqaviləsinin qorunub saxlanmasında fəal iştirakına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə türkiyəli həmkarına təşəkkür edib.

“Ukraynalı əsirlərin və siyasi məhbusların qaytarılması üçün gələcək addımları müzakirə etdik. Mən də bu məsələdə Türkiyənin dəstəyinə ümid edirəm”, - deyə Zelenski bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az