Şanlıurfada yeni doğulmuş körpəni xəstəxanadan qaçırıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik kameralarına əsasən, polis əməkdaşları keçirdikləri əməliyyatın izi ilə gedərək, bir evdə körpəni tapıb və 5 nəfəri saxlayıblar. Şübhəlilərin qohumları olduğu məlum olub. Həmin şübhəli bilinən 5 nəfər həbs edilib.
Şübhəlilər ifadəsində valideynlərin körpəyə baxa bilməyəcəyini düşünərək uşağı qaçırdıqlarını bildiriblər.