Şimali Koreyanın ardıcıl raket sınaqları bölgədə gərginliyi artırmağa davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreya sərhədində artilleriya atəşinin ardından Pxenyan rəhbərliyinin 3 ballistik raket atması Yaponiyanın həyəcan təbili çalmasına səbəb olub.
Şimali Koreya tərəfindən biri qitələrarası ballistik raket olan 3 raket atdığı bildirilir. Birinci raketin izlədiyi trayektoriya təhlükə yaratdığı üçün Milli fövqəladə xəbərdarlıq sistemi Yaponiyanın Miyaqi, Yamaqata və Niigata prefekturalarında həyəcan siqnalı verib. Rayon sakinləri təhlükəsiz ərazilərə sığınmağa çağırılıb və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.