Sui-qəsdə məruz qalan İmran Xanın son durumu açıqlandı - YENİLƏNDİ (VİDEO)

17:57 - 03 Noyabr 2022

Sui-qəsdə məruz qalan İmran Xanın son durumu açıqlandı - YENİLƏNDİ (VİDEO)

Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə onun partiyasının üzvləri məlumat verib.

Sabiq hökumət başçısı xəstəxanaya yerləşdirilib. Onun yarasının yüngül olduğu bildirilib.

***

Pakistanın keçmiş Baş naziri İmran Xana atəş açan şəxs tutulub.

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, həmin şəxs kameralara da düşüb. Onun kimliyi barədə hələlik heç bir məlumat açıqlanmayıb

***

Pakistanın keçmiş baş naziri İmran Xana etiraz aksiyası zamanı edilən hücum nəticəsində ayağından yaralanıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xan ölkədə ümumi seçkilərin keçirilməsini tələb edən etiraz yürüşünə rəhbərlik edirdi.

Pakistan mətbuatındakı xəbərlərdə Xanın təhlükəli zonadan çıxarıldığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az