Pfizer-dən ŞAD XƏBƏR

17:28 - 03 Noyabr 2022

Pfizer-dən ŞAD XƏBƏR

ABŞ-ın dərman istehsalçısı "Pfizer Inc" və onun alman tərəfdaşı "BioNTech SE"nin Kovid-19 və qrip epidemiyasını hədəf alan qarışıq peyvənd üzərində işə başladığı açıqlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tək doza olaraq hazırlanan peyvəndin mRNA Kovid-19 peyvəndi, qrip peyvəndi və Omicron xatırlatma dozalarının kombinasiyası şəklində tədqiq edildiyi bildirilib.

BioNTech-in maliyyələşdirdiyi tədqiqat, kombinasiyalı peyvəndin təhlükəsizliyini, dözümlülüyünü və immun reaksiyasını ortaya çıxarmaq qabiliyyətini qiymətləndirmək məqsədi daşıyır. Tədqiqatlar ABŞ-da aparılır.

Digər tərəfdən, “Moderna Inc” və “Novavax Inc” şirkətlərinin də bənzər bir peyvənd üzərində çalışdıqları bildirildi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az