Nüvə sazişi ilə bağlı bu fikirlərimizi ABŞ-a çatdırdıq - İran

17:44 - 03 Noyabr 2022

Nüvə sazişi ilə bağlı bu fikirlərimizi ABŞ-a çatdırdıq - İran

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, ölkəsi nüvə sazişinin yenidən həyata keçirilməsini təmin etmək üçün “konstruktiv və perspektivli fikirlərini” ABŞ-a çatdırdığını bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Abdullahiyanın Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell ilə telefon danışığı keçirdiyi, bu zaman İrandakı etirazlar və nüvə məsələlərinin müzakirə edildiyi bildirilib.

Abdullahiyan bu barədə, “İran yaxşı, güclü və sabit razılaşma əldə etməyə hazırdır. Biz öz fikirlərimizi konstruktiv və gələcəyə hesablanmış şəkildə Amerika tərəfinə təqdim etmişik” - deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az