İngiltərə Bankı son 30 ilin ən böyük faiz artımını etdi

19:18 - 03 Noyabr 2022

İngiltərə Bankı son 30 ilin ən böyük faiz artımını etdi

İngiltərə Bankı cümə axşamı keçirilən iclasında 1989-cu ildən bəri ən böyük faiz artımını həyata keçirib. Belə ki, sözügedən göstərici 75 baza bəndi artırılaraq 3%-ə çatdırıb.

 

Manset.az xəbər verir ki, bununla da, faiz dərəcəsinin həcmi 2008-ci ilin noyabrından bu yana rekord həddə çatıb.

Bu qərarın əleyhinə səs verən komitə üzvləri uçot dərəcəsinin 0,5 faiz bəndi artırılaraq 2,75 faizə, yaxud da 0,25 faiz bəndi artırılaraq 2,5 faizə çatdırılmasına üstünlük veriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az