Keçilərin səsinə oyandılar, qorxunc mənzərə ilə qarşılaşdılar - FOTO

20:03 - 03 Noyabr 2022

Keçilərin səsinə oyandılar, qorxunc mənzərə ilə qarşılaşdılar - FOTO

Uttar Pradeş əyalətinin qərbindəki Etavahdakı Caitia kəndində ailə keçilərin iniltisini eşidib və dəhşətli mənzərə ilə qarşılaşıblar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda son vaxtlar artan heyvan hücumlarında bu dəfə fəlakətin qarşısı alınıb.

Caitia kəndində yaşayan ailə üzvləri gecə saatlarında qəfildən keçilərin mələmə səsini eşidiblər. Ailə başçısı Sinq əvvəlcə keçilərin nəyə görə belə mələdiyini öyrənmək üçün gedib, sonra evi gəzməyə başlayıb. Evdə gəzərkən dəhşətli mənzərəni görən ailə üzvləri 2,5 metr uzunluğunda timsahla göz-gözə gəliblər. Keçilərin qışqırmasının səbəbini tapan ailə üzvləri timsahı evdən uzaqlaşdıra bilməyib polisdən kömək istəyiblər. Xəbər üzərinə polislə birlikdə evə gələn qruplar, uzun mübarizədən sonra timsahı zərərsizləşdiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az