Rusiyada "Начиональная оборона" jurnalının baş redaktoru Türkiyə prezidentinin Nobel sülh mükafatına layiq olduğunu bildirib.
Manset.az-ın məlumatına görə, noyabrın 3-də Rusiyanın ORT kanalında "Начиональная оборона" jurnalının baş redaktoru İqor Korotçenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı göstərdiyi barışıq səylərinə görə onun Nobel sülh mükafatına layiq olduğuna dair əsaslı fikirlər söyləyib.
İqor Korotçenko " Rəcəb Tayyib Ərdoğan təkcə Rusiya-Ukrayna müharibəsi cəbhəsində deyil, dünyada baş verən daha bir çox konfliktlərin sülh yolu ilə həll olunmasına səmimi cəhd göstərən yeganə liderdir" -deyə bildirib.
