"Ərdoğan Nobel sülh mükafatına layiqdir" - İqor Korotçenko

11:07 - 04 Noyabr 2022

\"Ərdoğan Nobel sülh mükafatına layiqdir\" - İqor Korotçenko

Rusiyada "Начиональная оборона" jurnalının baş redaktoru Türkiyə prezidentinin Nobel sülh mükafatına layiq olduğunu bildirib.


Manset.az-ın məlumatına görə, noyabrın 3-də Rusiyanın ORT kanalında "Начиональная оборона" jurnalının baş redaktoru İqor Korotçenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı göstərdiyi barışıq səylərinə görə onun Nobel sülh mükafatına layiq olduğuna dair əsaslı fikirlər söyləyib.

İqor Korotçenko " Rəcəb Tayyib Ərdoğan təkcə Rusiya-Ukrayna müharibəsi cəbhəsində deyil, dünyada baş verən daha bir çox konfliktlərin sülh yolu ilə həll olunmasına səmimi cəhd göstərən yeganə liderdir" -deyə bildirib.

İqor Korotçenko: Azərbaycan onun maraqlarına yenidən qəsd etmək cəhdlərinin  qarşısını birdəfəlik almalıdır - AZƏRTAC


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az