Cənubi Koreya ordusu Şimali Koreyanın iki ölkə arasındakı dəniz sərhədi yaxınlığındakı sulara 80-ə yaxın mərmi atdığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreya ordusundan verilən açıqlamada Şimali Koreyanın dünən gecə iki ölkə arasındakı dəniz sərhədinin şimalına 80-ə yaxın top mərmisi atdığı bildirilib.
Atışmaların Şimali Koreyanın Kanqvon əyalətinin Kumqanq bölgəsindən aparıldığı, artilleriya mərmilərinin isə dəniz sərhədi yaxınlığında yerləşdiyi müəyyən edilib.
Mərmilərin dəniz sərhəd xəttinin şimalındakı bufer zonasına düşdüyü qeyd edilib.