Ekvatorial Qvineya prezidenti altıncı müddətə namizədliyini irəli sürdü: “Mən sülhün simvoluyam”

22:08 - 04 Noyabr 2022

Ekvatorial Qvineya prezidenti altıncı müddətə namizədliyini irəli sürdü: “Mən sülhün simvoluyam”

Ekvatorial Qvineya prezidenti Teodoro Obianq Nqema Mbasoqo altıncı müddətə namizədliyini irəli sürüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, ölkəyə 1979-cu ildən rəhbərlik edir.

Mbasoqo indiki rəhbərlər arasında dövlət başçısı (monarxlar istisna olmaqla) vəzifəsində qalma müddətinə görə dünyada birinci yerdədir.

“Partiya məni namizəd kimi seçdi, çünki mən Ekvatorial Qvineyada hökm sürən sülhün simvoluyam”, - deyə 80 yaşlı Mbasoqo bildirib.

Qeyd edək ki, bu ölkədə seçkilər noyabrın 20-də keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az