Qadını öldürüb quyuya atan çoban sərbəst buraxıldı - VİDEO

22:48 - 04 Noyabr 2022

Qadını öldürüb quyuya atan çoban sərbəst buraxıldı - VİDEO

Kayserinin Melikqazi rayonunda 21 il əvvəl yoxa çıxan və sümükləri keçən may ayında 8 metrlik su quyusunda tapılan Ayşe Kavakın qızıllarına görə çoban tərəfindən öldürüldüyü ortaya çıxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Altınoluk Məhəlləsi sərhədləri içərisində olan Yılanlı dağındakı su quyusunda insan sümükləri ilə bağlı Asayiş Şöbə Müdirliyi Cinayət Büro Komandirliyi qrupları 28 Mayda iş başladıb.

Yanğınsöndürənlərin köməkliyi ilə təxminən 8 metr dərinlikdəki quyuya enən ekipajlar quyudan insan sümükləri və qadın çantasını çıxarıblar. Çantada çıxan şəxsiyyəti təsdiq edən vəsiqəni araşdıran Cinayət Bürosu qrupları, onun Kavaka aid olduğunu müəyyən ediblər. Hadisədən sonra cinayət müfəttişləri araşdırmanı dərinləşdirərək Ayşe Kavakın həmin vaxt oğurlanan mobil telefonunu tapıblar. Qruplar telefondakı sim kartın dəyişdirildiyini və telefonun çoban olduğu öyrənilən M.A.-ya aid olduğu təsbit edilən sim kartla istifadə edildiyini müəyyən edib.

Əməliyyat zamanı saxlanılan M.A.-nın dosyesi 20 il müddətinə keçdiyi üçün polis idarəsində keçirilən prosedurlardan sonra sərbəst buraxılıb. Digər tərəfdən, qətl şübhəlisi M.A-nın 1988-ci ildə qətl törətdiyi, 12 il həbs cəzasını çəkdikdən sonra "Rəhşan əfvi" kimi tanınan amnistiya ilə həbsdən çıxdığı, 2,5 ay sonra isə Ayşəni öldürdüyü öyrənilib.

Bundan başqa, Qətl Bürosunun Asayiş Şöbəsi qrupları Ayşe Kavakın qətlinə aydınlıq gətirməklə 8 ildə üstü açılmayan 25 cinayətə aydınlıq gətiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az