Türkiyədə Zəfər Günü qeyd olunacaq

20:32 - 05 Noyabr 2022

Türkiyədə Zəfər Günü qeyd olunacaq

Türkiyədə Azərbaycanın Zəfər Günü qeyd ediləcək.

 

Manset.az xəbər verir ki, Milli Məclisin deputatları – parlamentin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Anar Məmmədov noyabrın 6-dan 10-dək Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaqlar.

Deputatlarımız 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək, 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsini yad edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının bir sıra görüşləri də nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az