ABŞ-da tornado fəlakəti: 1 ölü, 10 yaralı

00:02 - 05 Noyabr 2022

ABŞ-da tornado fəlakəti: 1 ölü, 10 yaralı

ABŞ-ın Oklahoma və Texas ştatlarında tornado baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Oklahomanın fövqəladə hallar idarəsinin direktoru Kodi MakDeniel bir nəfərin öldüyünü açıqlayıb.

Tornadonun böyük ziyan vurduğu 7 minə yaxın əhalisi olan İdabel rayonunda kilsə, tibb məntəqəsi və məktəb dağılıb.

ABŞ Milli Meteoroloji Xidmətinin verdiyi açıqlamaya görə, qasırğanın tüğyan etdiyi digər ştat Texas olub. Ştatın Lamar bölgəsində ən azı 50 evin dağıldığı, 2-si ağır olmaqla 10 nəfərin yaralandığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az