Türkiyə hərbçisi şəhid oldu

09:18 - 06 Noyabr 2022

Türkiyə hərbçisi şəhid oldu

Noyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin uzman çavuşu Halil Yıldız şəhid olub.

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat bölgəsində terroristlər tərəfindən basdırılan minanın detonasiyası sonucunda 2 hərbçi yaralanaraq xəstəxanaya qaldırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, H.Yıldızın həyatını xilas etmək mümkün olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az