İqlim fəalları özlərini reaktiv təyyarələrə zəncirlədilər – VİDEO

12:45 - 06 Noyabr 2022

İqlim fəalları özlərini reaktiv təyyarələrə zəncirlədilər – VİDEO

Hollandiyanın paytaxtı Amsterdamda iqlim fəalları Schipol hava limanında şəxsi təyyarələrlə bölməyə girərək özlərini reaktiv təyyarələrə zəncirləyiblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, günorta saatlarında Amsterdamdakı Schipol hava limanına gələn “Extinction Rebellion” və “Greenpeace Hollandiya” təşkilatlarının üzvü olan 500-ə yaxın fəal şəxsi təyyarələrin yerləşdiyi hissədəki hasardan keçərək içəri daxil olub.

İqlim fəalları uçuş trafiğini əngəlləmək üçün təyyarələrin altına oturdular. Bəzi fəallar da özlərini təyyarələrə zəncirləyiblər.

Fəallar eyni bölmədə olan hərbi təyyarənin də havaya qalxmasına mane olublar.

Aeroportların təhlükəsizliyinə cavabdeh olan kral xüsusi təyinatlıları (Marechaussee) və polis etirazçılara müdaxilə edib. Bir çox iqlim fəalının saxlanıldığı bildirilib.

Marechaussee-nin sözçüsü hava limanında zorakılıq mühitinin olmadığını bildirdi:

“Bu günə qədər nümayiş dinc şəraitdə keçib. Amma indi müdaxilə etməliyik”.

İqlim fəalları və yerli sakinlər Şipol hava limanında uçuşların yarıya endirilməsini istəyirlər.

Bu məqsədlə səhər saatlarında çoxlu nümayişçi Şipol hava limanının qarşısına toplaşıb. Nümayişçilər hava limanında tikiləcək yeni terminalın tikinti sahəsinə gedərək, aparılan işlərə etirazlarını bildiriblər.

Nümayişdən əvvəl “dağıdıcı hərəkətə” hazırlaşdıqlarını izah edən “Greenpeace” təşkilatının üzvləri şəxsi təyyarələrin yerləşdiyi şərq hissəsinə yollanıb.

Greenpeace bildirdi ki, şəxsi təyyarələr ən çox çirkləndirici təyyarə olduqları üçün fəallar tərəfindən hədəfə alınır.

"Məqsədimiz bu gün bir dənə də şəxsi təyyarənin havaya qalxmamasıdır, buna görə də bunu mümkün qədər uzun müddət davam etdirmək istəyirik" deyə təşkilatın sözçüsü bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az