Heyvan haqları müdafiəçiləri Fransanın paytaxtı Parisdə bir fast food şəbəkəsi restoranına toyuq maskaları ilə basqın edərək aksiya keçiriblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə heyvan hüquqları müdafiəçiləri toyuqların sənaye üsulu ilə yetişdirilməsi işgəncələrinə cavab olaraq toyuq maskaları ilə fast food şəbəkəsi restoranına basqın ediblər.
Restoranın pəncərələrinə “Cücələr kimi əzilin” sözlərini yapışdıran fəallar toyuq maskaları ilə yan-yana dayanıblar.
Fransa mətbuatı fəalların bu hərəkəti "qapalı məkanda hərəkətsiz və gün işığı görmədən sənaye toyuqlarının böyüdülməsinə" istinad etmək üçün atdığını bildirib.
Fəallar “Cücələr kimi əzilin” həştəqi ilə petisiyaya başlayıblar.