İranda yanacaqdoldurma məntəqəsində yanğın oldu: 4 nəfər öldü

15:15 - 06 Noyabr 2022

İranda yanacaqdoldurma məntəqəsində yanğın oldu: 4 nəfər öldü

 

İranın Sistan Bəluçistan əyalətində Bampur yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, “Pejo Pars” markalı avtomobil yanacaq çənini doldurarkən yaranan qığılcım nəticəsində alovlanıb və bu yanğın "Prayd" markalı avtomobilə keçib.

“Prayd”-ın sürücüsü xilas edilsə də, avtomobildə olan 4 sərnişin həyatını itirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az