Meksikada taksi sürücüsü maşınına minən gənc qadını qaçırmağa cəhd edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Meksikanın paytaxtı Mexiko şəhərində yaşayan Lidia Qabriela taksiyə minərək hara getmək istədiyini bildirib. 27 yaşlı qadın sürücünün başqa istiqamətə getdiyini bir müddət sonra anlayıb. Sərnişin düşmək istədiyini desə də, taksi sürücüsü nəqliyyat vasitəsinin qapılarını kilidləyib. Qabriela ailəsi ilə telefonla əlaqə saxlayıb və qaçırıldığını bildirib. Sonra o, başını pəncərədən çıxarıb və qışqıraraq kömək istəyib. Lakin avtomobil sürətli olduğu üçün heç kim köməyə gələ bilməyib. Gənc qadın özünü pəncərədən atmaq üçün son çarəni tapsa da, bu hərəkət onun həyatı bahasına başa gəlib. Bu yaşananlar meksikalıları ayağa qaldırdı. Vətəndaşlar şübhəlinin tez bir zamanda tutularaq cəzalandırılmasını tələb ediblər. Mexiko Şəhər Baş Prokurorluğu da hadisə ilə bağlı qadın qətli çərçivəsində araşdırma başlatdı.Şübhəlinin tapılması istiqamətində işlər davam etdirilir.