Türkiyənin Anadolu magistralının Bolu ərazisindən keçən hissəsində sərnişin avtobusu qəzaya uğrayıb.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, İstanbul istiqamətində hərəkət edən avtobus Koroğlu İstirahət Zonası yaxınlığında aşıb.
İlkin məlumata görə, nəticədə avtobusda olan sərnişinlərdən 3-ü həyatını itirib, 16-ı xəsarət alıb.
Hadisə yerində təcili tibbi yardım, polis briqadaları gəlib.