Roma Papası Fransisk Bəhreynə rəsmi səfəri zamanı Ukraynanı xatırlayıb.
Manset.az oxu.az-a istinadla xəbər verir ki, Pontifik möminləri müharibənin bitməsi üçün dua etməyə çağırıb.
“Mən sizdən Ukrayna üçün dua etməyinizi xahiş edirəm ki, bu müharibə bitsin”, - deyə Papa Fransisk bildirib.
O, həmçinin vurğulayıb ki, son vaxtlar dünyada mövcud vəziyyət buna sövq etdiyindən dindarlar daha çox sülh üçün dua edirlər.