Deputatın obyektini yandıran hərbçi HƏBS OLUNDU

12:55 - 07 Noyabr 2022

Deputatın obyektini yandıran hərbçi HƏBS OLUNDU

Rusiyanın Kostroma şəhərində yerləşən “Poliqon” kafesini yandıran şəxs həbs olunub.

 

Manset.az xəbər verir ki, Yaroslavl Qarnizonu Hərbi Məhkəməsi 23 yaşlı hərbi qulluqçu Stanislav İonkini iki ay müddətinə həbs edib.

O, “Poliqon”da baş verən yanğında təqsirli bilinib.

İstintaqla məlum olub ki, kafenin müştəriləri arasında qalmaqal yaranıb və nəticədə İonkin atəş açıb. Bundan sonra obyektdə güclü yanğın başlayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 49 nəfər müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdirilib.

Xatırladaq ki, “Poliqon” kafesinin sahibi Kostroma vilayət dumasının deputatı İxtiyar Mirzəyevdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az