Ukrayna hərbçiləri Xarkov vilayətinin yeddi yaşayış məntəqəsinin azad edildiyi Kupyansk hücum əməliyyatının görüntülərini nümayiş etdirib.
Manset.az xəbər verir ki, video “Kraken” xüsusi təyinatlıları tərəfindən “YouTube”da yayımlanıb.
Ukrayna hərbçiləri qeyd ediblər ki, xüsusi hücum əməliyyatı zamanı onlar Kupyanskın sol sahilini, eləcə də bir neçə yaşayış məntəqəsini azad ediblər.