Katolik Kilsəsinin kardinalı 35 il əvvəl etdiyi uşaq istismarını etiraf etdi

14:58 - 08 Noyabr 2022

Katolik Kilsəsinin kardinalı 35 il əvvəl etdiyi uşaq istismarını etiraf etdi

Fransada katolik kilsəsinin kardinalı Jan-Pyer Rikar 35 il əvvəl 14 yaşlı qıza təcavüz etdiyini etiraf edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Katolik Kilsəsi keşişlərinin adı 70 ilə yaxındır uşaqlara qarşı cinsi istismar qalmaqalları ilə gündəmdə olsa da, Rikard etdiyi yazılı açıqlamada illər əvvəl törətdiyi cinayəti etiraf edib.

"35 il əvvəl keşiş olanda 14 yaşlı kiçik bir qızla qınamağa layiq bir şəkildə rəftar etdim. Mənim davranışımın bu insan üçün ciddi və qalıcı nəticələr verdi"deyə bildirib. 

78 yaşlı kardinal Rikard öhdəsinə götürdüyü bütün dini vəzifələrdən geri çəkildiyini bildirib.

Təcavüz etdiyi qızla danışmağı və bağışlanmasını istədiyini qeyd edən Rikard bu çıxışı nə vaxt etdiyi barədə məlumat verməyib.

Rikard incitdiyi hər kəsdən onu bağışlamasını istədiyini bildirdi.
Fransada keçirilən yepiskoplar konfransında danışan arxiyepiskop Erik de Moulins-Beaufort Fransa ədliyyə və kilsə rəsmiləri tərəfindən araşdırılan cinsi təcavüz iddialarında ölkədəki keçmiş və ya indiki 11 yepiskopun adının əli olduğunu bildirib.

Moulins-Beaufort, Ricardın da 11 yepiskop arasında olduğuna diqqət çəkdi.

1980-ci illərdə Marseldə arxiyeparxiyada keşiş kimi xidmət edən Rikard Bordo arxyepiskopluğu vəzifəsindən təqaüdə çıxdıqdan sonra 2019-cu ildən bəri Digne yeparxiyasında xidmət edir.

Müstəqil komissiyanın 2021-ci ildə dərc etdiyi hesabata görə, Fransada təxminən 330.000 uşaq 70 il ərzində keşişlər və ya kilsəyə bağlı insanlar tərəfindən cinsi istismara məruz qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az