İran deputatlarından etirazçılarla bağlı ÇAĞIRIŞ

21:37 - 08 Noyabr 2022

İran deputatlarından etirazçılarla bağlı ÇAĞIRIŞ

İranda etiraz aksiyalarının mindən çox iştirakçısına hökm çıxarılıb.

 

Manset.az xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Məsud Sitayişi deyib.

Qeyd edək ki, ittiham hökmü ərəfəsində İran parlamentinin deputatları açıq məktubla İranın Ali Milli Təhlükəsizlik Şurasına müraciət edərək, etirazçılarla mümkün qədər tez məşğul olmağa, onları terrorçularla müqayisə etməyə və qisas almağa çağırıblar.

“Biz bu xalqın nümayəndələri ölkənin bütün hakimiyyət orqanlarından, o cümlədən ədliyyə orqanlarından İŞİD üzvləri kimi vətəndaşlarımızın təhlükəsizliyini soyuq və odlu silahlarla təhdid edən yaraqlılarla tez bir zamanda mübarizə aparmağı xahiş edirik”, – deyə İran parlamentariləri məktubda bildiriblər.

Onlar etirazçıların hərəkətini qırımız xəttin keçilməsi anlamına gəldiyini bildirib və heç bir kompromisə yer olmadığını vurğulayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az