Rusiya Azərbaycanla sərhəddə nəqliyyatın hərəkətində dəyişiklik etdi

23:48 - 08 Noyabr 2022

Rusiya Azərbaycanla sərhəddə nəqliyyatın hərəkətində dəyişiklik etdi

Rusiya ilə Azərbaycan sərhədində yerləşən Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemi dəyişdirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə səbəb Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğu olub. Həmçinin, dəyişikliyin noyabrın 17-nə kimi tətbiq ediləcəyi vurğulanıb.

Bununla yanaşı, qurumdan yük avtomobillərinə Rusiya ərazisindən Azərbaycana çıxış üçün qonşu Tahirkənd-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az