Qondarma Xerson vilayətinin qubernator müavini yol qəzasında öldü

18:49 - 09 Noyabr 2022

Qondarma Xerson vilayətinin qubernator müavini yol qəzasında öldü

Qondarma Xerson vilayətinin qubernatorunun müavini Kirill Stremousov avtomobil qəzasında dünyasını dəyişib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət başçısının mətbuat xidməti jurnalistlərə bildirib.

Xerson vilayətinin Səhiyyə Nazirliyi Stremousovun ölümü ilə bağlı rəsmi məlumatın olmadığını bildirib.

Stremousov Rusiya tərəfindən Xerson vilayətinin tutulmasından sonra vəzifəyə təyin olunub. Sentyabrın 28-də o, Rusiya pasportunu alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az