Su sataraq Çinin ən zəngin adamı oldu

20:17 - 09 Noyabr 2022

Su sataraq Çinin ən zəngin adamı oldu

Çində təbii bulaq suyu şirkəti Nongfu Spring-in qurucusu və müdiri Zhong Shanshan bu il Çinin ən varlı adamı titulunu qoruyub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hurun Araşdırma İnstitutunun dərc etdiyi "Çin Zənginləri Siyahısı"nda Konq 455 milyard yuan (62,73 milyard dollar) sərvəti ilə siyahıda birinci yeri tutub.

2020-ci ildə Konq Çinin Alibaba internet şirkətinin qurucusu Cek Manı geridə qoyaraq ilk dəfə siyahıya başçılıq edir. 68 yaşlı Konqun sərvəti keçən illə müqayisədə 11 faiz artıb.

TikTok və onun çinli həmkarı Douinin daxil olduğu Bytedance internet şirkətinin qurucusu Cang Yiming 245 milyard yuan (33,78 milyard dollar) sərvəti ilə ikinci yeri tutub. 39 yaşlı Canqın sərvəti ötən illə müqayisədə 28 faiz azalsa da, onun reytinqdəki yeri quruyub. Siyahıda 230 milyard dollarlıq sərvətlə üçüncü pillədə elektrikli avtomobillər və enerji saxlama sistemləri üçün litium-ion batareyaları istehsal edən CATL şirkətinin qurucusu Zing Yuçun qərarlaşıb. 54 yaşlı Zinqin sərvəti keçən illə müqayisədə 28 faiz azalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az