İlon Mask “Tesla”nın 4 milyard dollarlıq səhmlərini SATDI

23:40 - 09 Noyabr 2022

İlon Mask “Tesla”nın 4 milyard dollarlıq səhmlərini SATDI

Amerikalı milyarder, “Tesla” və “SpaceX”in sahibi İlon Mask “Twitter” sosial şəbəkəsində nəzarət səhm paketini əldə etdikdən sonra noyabrın 4-dən 8-dək avtomobil şirkətindəki səhmlərinin təxminən 4 milyard dollarlıq hissəsini satıb.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası məlumat yayıb.

Son satış nəticəsində Maskın “Tesla”dakı payı 14,7%-dən 14,1%-ə düşüb.

Satışın “Twitter” ilə sövdələşməni maliyyələşdirmək üçün edildiyi bildirilib.

Qeyd edək ki, Mask sosial şəbəkəni 44 milyard dollara alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az