Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts”a layiq görüldü - FOTO

23:47 - 09 Noyabr 2022

Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts”a layiq görüldü - FOTO

Hücumçu Robert Levandovski ardıcıl ikinci il “Qızıl buts”u qazanıb.

 

Manset.az xəbər verir ki, ötən mövsüm “Bavariya”da çıxış edən polşalı futbolçu 2021/22 mövsümündə Bundesliqada 34 oyuna 35 qol vurub və 70 xal toplayıb.

PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-i 28 qol və 56 xalla ikinci yerdə tamamlayıb.

Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real Madrid”) hərəyə 54 xal (müvafiq olaraq A Seriyası və La Liqada 27 qol) toplayıblar.

Xatırladaq ki, 2021-ci ildə R.Levandovski Almaniya çempionatında vurduğu 41 qola görə “Qızıl buts”a layiq görülüb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az