Rusiya prezidenti Vladimir Putinin gələn həftə İndoneziyanın Bali adasında keçiriləcək G20 Sammitində iştirak etməyəcəyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, G20 Sammitinin rəsmilərindən olan Luhut Binsar Pandjaitan bəyan edib ki, sammitdə Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.