İran İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə yeni ballistik raket hazırladığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən ballistik raketin hipersəs sürətinə malik olduğunu deyən Hacızadə, onun qabaqcıl hava hücumundan müdafiə sistemlərinin öhdəsindən gələ biləcəyini, həm atmosferdə, həm də atmosferdən kənarda manevr qabiliyyətinə malik olduğunu iddia edib.
İran komandiri məsələ ilə bağlı əlavə məlumat verməyib.
Səs sürətindən 5 qat daha sürətli hərəkət edən hipersəs raketləri bu xüsusiyyətlərinə görə hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısı alına bilmir.