İranda baş verən iğtişaşlarla bağlı bütün dünyada qadınları dəstəkləmək üçün saç kəsdirmə trend halını almışdı. İndi isə İranda küçədə gəzən mollaların əmmamələrinin aşağı salınması tendensiyası başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nümayişçilər mollaların əmmamələrini yerə atarkən, mollalar səs çıxarmadan çıxıb getməyə üstünlük verirdilər. Sosial şəbəkələrdə paylaşılan və gündəm olan son videoda isə yolda gedən mollaya yaxınlaşan nümayişçi onun əmmaməsini aşağı salmaq istəyəndə gözləmədiyi reaksiyası ilə üzləşib.
Molla ona yaxınlaşan nümayişçini boksçu kimi, olduqca sərt şəkildə döyüb.