Ərdoğana İmam Buhari ordeni təqdim edildi

20:10 - 10 Noyabr 2022

Ərdoğana İmam Buhari ordeni təqdim edildi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İmam Buhari ordenini təqdim edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, orden Türk Dövlətləri Təşkilatlarının 9-cu Zirvə Toplantısından öncə Prezidentlər arasında keçirilən görüşdən sonra təqdim edilib.

Ərdoğan ordenin verilməsindən qürur hissi duyduğunu ifadə edib:

“Bu ordenin mənə verilməsi hər mənada münasibətlərimizin konkret təzahürüdür. Mən bu mükafatı ölkələrimiz arasında əbədi qardaşlığın simvolu kimi qəbul edirəm. İmam Buharinin adını daşıyan bir universitetin burada yaradılması müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu ordenə görə əziz qardaşım Şavkat Mirziyoyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən tam əminəm ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağıq. İmam Buhari Universiteti çox mühüm elm və cazibə mərkəzi olacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az