Nasist soyqırımdan 84 il sonra ilk dəfə yayımlanan FOTOLAR

21:03 - 10 Noyabr 2022

Nasist soyqırımdan 84 il sonra ilk dəfə yayımlanan FOTOLAR

İsrail Holokost Memorialı Almaniyada "Kristal gecə" adlandırılan 1938-ci ilin 9 noyabrında olan soyqırımın fotoşəkillərini ilk dəfə dərc edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, 1938-ci il noyabrın 9-na keçən gecə Almaniyanın hər yerində yəhudilərə qarşı zorakılıq hərəkatı ilə bağlıdır.

Belə ki, qətliam noyabrın 10-da bütün ölkəyə yayılıb. İki gün ərzində 250-dən çox sinaqoq yandırılıb.

Yəhudi qəbiristanlıqlarına, xəstəxanalara, məktəblərə və evlərə hücum edərək talan edən nasistlər hücumlarının “gözəlliyi” ilə öyünərək bunu “Kristallnacht” və ya “Büllur gecə” adlandırdılar, çünki hücumlar zamanı sındırdıqları şüşə kristallara bənzəyirdi.

Bu gecə 91 yəhudi öldürülüb, minlərlə yəhudi ağır yaralanıb. Ən azı 30 000 insan yəhudi olduqları üçün həbs edilib.

 








Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az