Məşhur rejissor və prodüser Türker İnanoğlu xəstəxanalıq olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun çanaq sümüyünün sındığı bildirilir.
Məlumata görə, bir müddətdir səhhəti ilə bağlı problemlər yaşayan prodüserin infeksiya səbəbilə əməliyyat edilməsi mümkün deyil.
Onun tənəffüs yollarında da problem olduğu deyilir.
Qeyd edək ki, 86 yaşlı Türker İnanoğlu 2019-cu ildə ağciyərlərindəki infeksiyaya görə müaliəcə alıb. Prodüser ötən il isə bel yırtığı ameliyatı keçirib.
