BMT və Rusiya arasında taxıl sazişi ilə bağlı görüş baş tutdu

17:41 - 11 Noyabr 2022

BMT və Rusiya arasında taxıl sazişi ilə bağlı görüş baş tutdu

Cenevrədə BMT və Rusiya nümayəndələrinin taxıl sazişinə həsr olunmuş görüşü keçirilir.

 

Manset.az xəbər verir ki, bu barədə təşkilatın Cenevrədəki baş qərargahının mətbuat xidmətinin rəhbəri Alessandra Velluççi brifinqdə bildirib:

“Görüş başladı, o, Millətlər Sarayında keçirilir”.

Görüş iştirakçıları iyulun 22-də İstanbulda imzalanmış iki sazişin tam şəkildə həyata keçirilməsi üçün BMT-nin baş katibi Antonio Quterreşin səylərinin dəstəklənməsi üzrə məsləhətləşmələri davam etdirəcəklər.

“Bu müzakirələrin Rusiyadan dünya bazarlarına maneəsiz ərzaq və gübrə ixracının asanlaşdırılmasında irəliləyişə töhfə verəcəyinə ümid edilir”, - deyə Veluççi qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az