Zelenski Makrona təşəkkür etdi

09:15 - 12 Noyabr 2022

Zelenski Makrona təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makrona Xerson əyalətinin Rusiya hərbçilərindən azad edilməsini dəstəklədiyinə və alqışladığına görə minnətdarlığını bildirib.

Bu barədə Manset.az Ukrayna mətbuatına istinadən xəbər verir.

"Çox sağ olun, Emmanuel Makron. Hər bir şəhərimizin və kəndimizin üzərində Ukrayna bayrağı dalğalanana qədər bu addımlar dayanmayacaq. Minnətdarıq ki, sizin və xalqınız kimi müttəfiqlərlə əl-ələ verib bu yolda gedirik", - Zelenski tviter hesabında yazıb.

Daha əvvəl bildirilib ki, Makron Xersonun Rusiya hərbçilərindən azad edilməsini alqışladığını və bunu Ukraynanın suverenliyinin bərpası istiqamətində mühüm addım hesab etdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az