Taxıl sazişinin uzadılması məsələsi hələ də həllini tapmayıb.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
“Müqavilə 120 günlük bağlanıb və noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə almalıyıq. Hər şeydən əvvəl bu, iki yolun bir-birinə bağlılığıdır. Paketdən yalnız birini çıxara bilmərik. Bu, çox vacibdir”, - Verşinin qeyd edib.