La-Manş boğazında 140-dan çox miqrant xilas edildi

09:39 - 13 Noyabr 2022

La-Manş boğazında 140-dan çox miqrant xilas edildi

Fransa dəniz xidmətləri Böyük Britaniyaya qayıqla qanunsuz daxil olmağa çalışan 140-dan çox miqrantı La-Manş boğazının sularında xilas edib.

Manset.az “TASS”a istinadən xəbər verir ki, ilk xilasetmə əməliyyatı nəticəsində 40 miqrant sudan çıxarılıb.

Noyabrın 12-də səhər saatlarında daha iki qayıq aşkar edilib. Nəticədə 102 miqrant xilas edilib. Çətin vəziyyətdə olan bütün qeyri-qanuni immiqrantlar Kale limanına aparılıb və orada sərhəd polisinə təhvil verilib.

Qeyd edək ki, Paris Londonla birlikdə bir neçə ildir ki, Böyük Britaniyaya çatmaq üçün şişmə və ya evdə hazırlanmış qayıqlarla La-Manş boğazını keçməyə çalışan qeyri-qanuni mühacir problemi ilə mübarizə aparır.

Hakimiyyət orqanlarının səylərinə baxmayaraq, qaçqınların sayı durmadan artır. Britaniya xidmətlərinin məlumatına görə, 2021-ci ildə bu marşrutdan istifadə edərək 28 mindən çox insan Böyük Britaniyaya qanunsuz daxil olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az