Rusiya Donetsk və ya Luqanskın işğaldan azad edilməsindən sonra sülh danışıqları və qoşunların Ukraynadan çıxarılması ilə bağlı qərar verəcək.
Manset.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Rusiyada müharibəyə dəstək sürətlə aşağı enir. Oliqarxdan tutmuş çəkməçiyə qədər hər kəsdə belə bir fikir formalaşır: “Bitirmək vaxtıdır”. Siyasi və psixoloji baxımdan Rusiya real danışıqlara və qoşunların çıxarılmasına hələ hazır deyil. Amma bu, baş verəcək. Donetsk və Luqanskın işğaldan azad olunmasından sonra”, - Podolyak bildirib.