"İstiqlal küçəsindəki hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar"- Ərdoğan

20:19 - 13 Noyabr 2022

\"İstiqlal küçəsindəki hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar\"- Ərdoğan

"Millətimiz əmin olmalıdır ki, İstiqlal küçəsində baş verən hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar".

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlərin və onun arxasında duranların üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir", - Ərdoğan qeyd edib.

O əmin edib ki, Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünən olduğu kimi bu gün də, sabah da hədəfinə çatmayacaq.

Ərdoğan bombalı hücumda həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara isə şəfa diləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az