İranda etirazçıya ölüm cəzası verildi

21:29 - 13 Noyabr 2022

İranda etirazçıya ölüm cəzası verildi

İran məhkəməsi Tehran vilayətində etirazçılardan biri barəsində ilkin ölüm hökmü çıxarıb.

 

Manset.az xəbər verir ki, saxlanılan şəxs hökumət binasını yandırmaqda və kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.

Bundan əlavə, dincliyi pozmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı cinayətlər törətməkdə təqsirləndirilən digər etirazçılara qarşı 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 5 məhkəmə qərarı çıxarılıb.

Bildirlib ki, bu hökmlər ilkin hökmdür və onlardan apellyasiya məhkəməsinə şikayət verilə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az